AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fənn müsabiqəsində 16 mindən artıq şagird iştirak edib - FOTOLAR

    Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərindən fənn müsabiqəsi keçirilib.
   Müsabiqə Naxçıvan şəhərində 20, Şərur rayonunda 8, Babək rayonunda 5, Ordubad rayonunda 4, Culfa rayonunda 11, Kəngərli rayonunda 2, Şahbuz rayonunda 6, Sədərək rayonunda isə 5 olmaqla, ümumilikdə, 61 mərkəzdə təşkil olunub və 16 mindən artıq şagird iştirak edib. Müsabiqədə şagirdlərə Azərbaycan dilindən, riyaziyyat və xarici dil fənlərinin hər birindən 25 olmaqla, ümumilikdə, 75 sual təqdim olunub, sualların cavablandırılması üçün 180 dəqiqə vaxt ayrılıb.
    Şagirdlər müsabiqədəki nəticələri ilə bağlı məlumatları müsabiqədən 3 gün sonra sual kitabçalarının üzərində yerləşdirilən “QR” kodunu mobil telefon vasitəsilə oxutmaqla öyrənə biləcəklər.

Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 16.12.2023 20:14