AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

    Fevralın 23-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Babək Rayon Mədəniyyət Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti keçirilib. 
    Rayonun mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsertdə Ulu Öndərin sevdiyi, dahi rəhbərə həsr olunmuş mahnılar ifa olunub, bir sıra vətənpərvərlik ruhunda əsərlər səsləndirilib.
    Oktay Kazımovun “Vətən gözəl” mahnısı ilə başlayan konsert proqramında yer alan “Alagöz”, “O Naxçıvandır”, “Vətən yaxşıdır”, “Naxçıvandadır”, “Yaşa, mənim xalqım”, “ El yolunda” , “Ey Vətən oğlu” və digər mahnılar Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova, Hünər Əliyev və filarmoniyanın solistləri İsrafil Qibləliyev, Nərmin Hüseynova, Zamin Vəliyev tərəfindən ifa olunub.
    Konsert tamaşaçıların gur alqışları ilə sona çatıb.
    Qeyd edək ki,“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında konsert proqramı ilə çıxış edəcək.

***

    Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin həm birinci, həm də ikinci mərhələsində mədəniyyət sahəsinin inkişafı məqsədilə həyata keçirilən islahatları diqqətə çatdırıb, mədəniyyət işçilərinə, teatr və incəsənət xadimlərinə göstərilən hərtərəfli qayğıdan danışıblar. Qeyd edilib ki, XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlayıb və bu dövr Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

    Vurğulanıb ki, dahi şəxsiyyətin diqqət və qayğısı ilə muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuzda da yeni mədəniyyət ocaqları, kitabxanalar inşa olunub, onların maddi-texniki bazası xeyli gücləndirilib. Hazırda Şahbuzda xalq teatrı, xalq yaradıcılığı, folklor və musiqi kollektivlərinin fəaliyyəti üçün hərtərəfli şərait mövcuddur.
    Tədbirin sonunda “Heydər Əliyev mədəniyyətimizin hamisidir” sənədli filminə baxış olub.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 23.02.2023 20:33