AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

    Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərə dair tədbir keçirilib. Universitetdə müvafiq proqramın icrası istiqamətində görüləcək işlərlə bağlı keçirilən müzakirədə universitetin rektoru, dosent Elbrus İsayev çıxış edib. Vurğulanıb ki, Ümummilli Liderin əsasını qoyduğu Naxçıvan Dövlət Universitetində keçirilən yubiley tədbirləri öz möhtəşəmliyi ilə yadda qalmalıdır. Rektor təsdiq olunmuş Tədbirlər Planını müvafiq icraçı struktur bölmələrə və qurumlara təqdim edib. Qeyd olunub ki, universitet əməkdaşları tərəfindən Ulu Öndərin irsinə həsr olunmuş kitab və monoqrafiyalar, Elmi əsərlər jurnalının xüsusi buraxılışı nəşr olunmalı, professor-müəllim heyəti müxtəlif kütləvi informasiya vasitələrində mövzu ilə bağlı çıxış etməli, universitet televiziyasının efirində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif sahələrini özündə əks etdirən verilişlərin təqdim edilməli, “Yeni fikir” qəzetinin xüsusi nömrəsinin işıq üzü görməli, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” sənədli filminin hazırlanmalıdır. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.03.2023 16:46