AZ EN RU

“Ümummilli Lider Heydər Əliyev və sülh siyasəti” mövzusunda tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib.
    Tədbirdə Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Naxçıvan Şəhər İcra Hakimiyyəti şöbə müdirinin müavini Orxan Məhərrəmov ölkəmizdə insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh mədəniyyətini təbliğ etmək sahəsində Ulu Öndər Heydər Əliyevin xidmətləri, eləcə də bu istiqamətdə həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
    Sonra Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasovun “Sülh insan hüquqlarının qorunmasının və inkişafının zəruri şərtidir”, Naxçıvan Şəhər İcra Hakimiyyəti şöbə müdirinin müavini Orxan Məhərrəmovun “Azərbaycan multikulturalizmi: dünyada sülh və dözümlülük nümunəsi kimi”, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərovun “Sülh və insanlıq əleyhinə cinayətlər” mövzusunda çıxışları dinlənilib.
    Sonda videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

mətbuat xidməti

Nəşr edilib : 20.09.2023 18:13