AZ EN RU

Ümumilikdə 250-dən çox məktəbdə texniki nasazlıqlar aradan qaldırılıb

Naxçıvanda hər il ümumtəhsil məktəblərinin infrastrukturunun müasirləşdirilməsi, maddi texniki təminatının yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Ötən il də bu tədbirlərin icrası diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə ötən il nazirliyin nəzdində fəaliyyət göstərən “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumtəhsil məktəblərində 35 elektron lövhə, 54 sistem bloku, 40 proyektor, 14 notebook, 6 ədəd 3D printer, 1 monitor, 3 səsgücləndirici, 1 rizoqraf təmir edilib. Həmçinin 26 proyektor, 8 elektron lövhə, 127 sistem bloku, 235 notebook, 2 monitor (interaktiv lövhə), 33 modem, 5 VGA kabeli, HDD, 2 USB, 7 BİOS elementi, 4 səsgücləndirici, 28 paylayıcı, 87 ədəd RJ 45 jac başlıq, 2 ədəd CHİP, 7 USB Printer kabeli, 10 qida bloku, CAT6 Şəbəkə kabeli, lampa, CHİP, 4GB RAM, HDMİ-VGA adapter, 4 SSD yaddaş quraşdırılıb, 18 kompüter və notebookda Windows aktivləşdirilib, 81 sistembloku,  358 kompüter və notebook proqramlaşdırılıb. Ümumilikdə 250-dən çox məktəbdə texniki nasazlıqlar aradan qaldırılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 13:49