AZ EN RU

Ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq keçirilib

Mayın 19-da  növbəti monitorinq ölkə üzrə ümumi təhsil müəssisələrinin  VI sinifləri  üzrə  keçirilib. 
Monitorinqdə Naxçıvan Muxtar Respublikasının  ümumitəhsil müəssisələrinin VI siniflərində təhsil alan 5 minə  yaxın şagirdin iştirakı təmin olunub.  
Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub və fənlər üzrə hər birindən 25 olmaqla ümumilikdə 75 sual  olunub və 150 dəqiqə vaxt ayrılıb. 
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin  müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.
Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. 
18-19 may tarixlərində baş tutan monitorinqlərdə muxtar respublikanın ümumitəhsil müəssisələrindən 10 min nəfərə yaxın şagird iştirak edib.

Nəşr edilib : 19.05.2024 14:42