AZ EN RU

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyətinin Naxçıvana səfəri başa çatıb

    Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Naxçıvana səfərlərinin 3-cü – sonuncu günündə Ordubad və Şərur rayonlarında olublar. Onlar rayonlarda yeni yaradılan Ailə Sağlamlıq mərkəzləri ilə tanış olublar. Qonaqlara muxtar respublikada Ailə Sağlamlıq mərkəzlərinin yaradılmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Səhiyyə Nazir­liyinin tabeliyində olan kənd həkim ambulatoriyaları və kənd sahə xəstəxanalarının bazasında yaradılan publik hüquqi şəxs statuslu Ailə Sağlamlıq mərkəzləri tibbi xidmətin strukturunun düzgün qurulması, xidmətlərin səviyyəsinin artırılması və tibbi xidmətlərdən istifadədə əlçatanlığın təmin edilməsi məqsədi daşıyır. 
    Nümayəndə heyəti bu gün Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub. Bildirilib ki, unikal müalicə mərkəzlərindən olan Duzdağ Fizioterapiya Mərkəzinin xidmətinin genişləndirilməsi və beynəlxalq xidmət standartlarına uyğunlaşdırılması üçün avqust ayında 2 ayrı beynəlxalq sertifikatlaşdırma təşkilatının ekspertləri mərkəzdə ilkin araşdırma aparmış, önümüzdəki aylarda mərkəzin beynəlxalq sertifikatla təmin edilməsi üçün işlərə başlanmışdır.
    Qeyd edək ki, nümayəndə heyətinin səfəri dünən başa çatıb.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2023 22:51