AZ EN RU

Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası 2026-cı ildə Bakıda keçiriləcək

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiqlənib.

Bu məsələ Milli Məclisin martın 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.

Nəşr edilib : 05.03.2024 14:01