AZ EN RU

Ümumdünya Şahmat Olimpiadasında ilk gedişlər edilib - FOTOLAR

Bu gün Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası start götürüb.
İlk turda qarşılaşan İran və Özbəkistan komandalarının oyununda şahmat taxtası üzərində ilk rəmzi gedişləri Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovla FİDE-nin prezidenti Arkadi Dvorkoviç, “Azərbaycan-Naxçıvan” - Kuba komandalarının oyununda isə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.
Naxçıvan Şahmat Mərkəzində keçirilən bu nüfuzlu yarışda ölkəmiz 5 komanda – “Azərbaycan-1", "Azərbaycan-2",  "Azərbaycan-3", "Azərbaycan-4" və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.10.2022 17:59