AZ EN RU

Umayra Tağıyeva: Naxçıvanda səhər qar yağırdı, indi Günəş göz qamaşdırır

Havanın dəyişkənliyi və sürprizləri haqqında çox deyilir. Biz isə gündəlik işimizdə bunun şahidi oluruq. Relyefi unikal, iqlim şəraiti rəngarəng olan Azərbaycanın timsalında bu dəyişkənlik xüsusilə gözə çarpır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva verdiyi müsahibədə deyib.

O, deyilənlərin təsdiqini bugünkü hava şəraitində görməyin mümkünlüyünü bildirib: “Səhər saatlarında ölkəmizin bir sıra bölgələrində intensiv qar yağması ilə bağlı məlumatı təqdim etmişik. O cümlədən, Naxçıvanda da qar yağırdı, lakin indi səma aydındır, günəş göz qamaşdırır”.

Nəşr edilib : 09.02.2023 17:37