AZ EN RU

Ulu Öndərin anım gününə həsr olunmuş tədbir

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Cəmiyyətin kollektivi əvvəlcə əbədiyaşar şəxsiyyətin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Muzeyi zirayət olunub.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təşkil olunan anım tədbirində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəmiyyətin sədr müavini İbrahim Məmmədov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti, Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda misilsiz xidmətlərindən söz açıb. Çıxışlar zamanı dahi rəhbərin meliorasiya və su təsərrüfatı sahəsində olan xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, ölkəmizdə meliorasiya və su təsərrüfatının kompleks quruculuğu və dirçəldilməsi Ulu Öndərin adı ilə bağlıdır. 

                        Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 12.12.2023 17:52