AZ EN RU

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Azərbaycanın müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
    Kəngərli Rayon İcra Hakimiyyətində keçirilmiş tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov çıxış edərək ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
    Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun  “Heydər Əliyev və insan hüquqları” mövzusunda çıxışı dinlənilib.
    Sonda videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 12.07.2023 18:40