AZ EN RU

“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir

    Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan icra hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda intibah və milli şüurun oyanışından bəhs edib. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkəmizin müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün böyük imkanlar yaradıb. 
    Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
  Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədri Tofiq Seyidov ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. 
    Sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, şəhər İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə baxış olub. 

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 29.08.2023 16:50