AZ EN RU

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: dənizdən 100 damla” kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Heydər Əliyev və Azərbaycan: dənizdən 100 damla” kitabının təqdimatı keçirilib.

Təqdimatda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev müəllifi təbrik edib, qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində də silsilə tədbirlər keçirilir. Bildirilib ki, müəllifin yeni çapdan çıxmış “Heydər Əliyev və Azərbaycan: dənizdən 100 damla” kitabı da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə verilən dəyərli töhfədir.

Təqdimatda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərov, Mühasibat və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov və Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov çıxış edərək müəllifi təbrik edib və  Ulu Öndər Heydər Əliyev haqqında yazılan əsəri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Ümummilli Liderə həsr olunan hər bir kitab, əsər hər şeydən əvvəl, onun şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir.

Sonra müəllif çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Nəşr edilib : 08.12.2023 17:28