AZ EN RU

“Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirilib. 
Babək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Fuad Mirzəyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının əməkdaşı İlkin Bağırov tədbirdə çıxış edərək ailə dəyərlərinin qorunmasından, ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasından danışıblar. Bildirilib ki, geniş dünyagörüşlü insanların həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün gənclərimizə ən gözəl nümunədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi.
Tədbirin sonunda “Azərbaycana həsr edilən ömür” adlı film  nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 08.05.2024 17:41