AZ EN RU

Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə “Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirib.
    Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Səkinə Fərzəliyeva Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli və nəsillərə örnək həyat yolundan bəhs edib.
    Sonra komitənin əməkdaşı Könül Babayeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs Onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir. Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün də gənc­lərə nümunədir. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Vurğulanıb ki, bu gün böyük iftixarla söyləyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, örnək ailə modelini Ulu Öndər Heydər Əliyevin ailəsindən nümunə götürür.
    Sonra Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının aparıcı məsləhətçisi Elşad Cəfərov mövzu ətrafında çıxış edib. Sonda rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi nümayiş olunub.

Naxçıvan Muxtar RespublikasıAilə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 07.09.2023 18:10