AZ EN RU

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

    Naxçıvan Muxtar Respublikası Balıqçılıq Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə cəmiyyətin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Məmmədov “Müstəqil Azərbaycanın memarı” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan etməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalaması bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində verilmiş böyük qiymətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. 
    Bildirilmişdir ki, Ümummilli Lider həmişə müstəqil Azərbaycan dövləti ideyasını milli ideya kimi inkişaf etdirmiş, istiqlaliyyətimizin möhkəmləndirilməsi işinə xidmət etmişdir. Ümummilli Lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. 
    Vurğulanmışdır ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz Ümummilli Liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində ölkəmiz daha da inkişaf edəcəkdir.
    Sonra cəmiyyətin əməkdaşlarından Kazım Gözəlov və Hüseyn Həsənov mövzu ətrafında çıxış etmişlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.03.2023 21:08