AZ EN RU

“Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 17-də Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının inzibati binasında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sevindik Abdullayev açaraq dəyirmi masanın mövzusunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi və dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Azərbaycan Respublikasının müstəqillik illərində xalqın baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşamaq ideyasının reallığa çevrilməsi müasir tariximizin unudulmaz dühası-Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Mövzu ilə bağlı Şahbuz rayon Prokurorluğunun dəftərxana müdiri Zahid Rüstəmov və rayon Məhkəməsinin köməkçisi Musa Həsənov da çıxış ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.10.2023 16:48