AZ EN RU

Ulu öndər Heydər Əliyev və Azərbaycanda milli ordu quruculuğu

Aprelin 25-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Cəmşid Naxçıvanski Muzeyi və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə tədbir keçirilib .

Cəmşid Naxçıvanski Muzeyində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ordu quruculuğu” mövzusunda təşkil edilən tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Tibb Kollecinin “Hərbi tibb” ixtisası üzrə II kurs tələbələri iştirak edib.

Tədbirdə muzeyin direktoru Abasət Nuriyev qeyd edib ki, 1969-cu ilin 14 iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasında, böyük qüvvəyə çevrilməsində misilsiz xidmətlər göstərmişdir. Dahi rəhbər tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Vətən müharibəsində şanlı zəfər çalan Müzəffər Azərbaycan Ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısı cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb.

Tədbirdə Ümummilli liderin milli ordu quruculuğu, Silahlı Qüvvələrin milli hərbi kadrlarla təminatı və başqa mövzularda çıxışlar dinlənilib, Hərbi Liseyin kursantları Ulu Öndərə ithaf edilmiş ədəbi-bədii kompozisiya təqdim ediblər.

Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.04.2023 14:54