AZ EN RU

Ukraynadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin əvvəlindən avqust ayına qədər 26 Azərbaycan vətəndaşı məcburi qaydada Ukraynadan deportasiya olunublar.

Bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər.

Məlumatda o da qeyd olunur ki, bu müddət ərzində 162 Azərbaycan vətəndaşı məcburi qaydada geri qaytarılıb. Bu qərarlara səbəb kimi həmin şəxslərin Ukraynanın mövcud qanun və qaydalarına əməl etməmələri göstərilir.

Nəşr edilib : 22.08.2023 19:30