AZ EN RU

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub.

İndiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşları olan azərbaycanlılardır.Qeyd edək ki, rəqəmlər "Report"un özəl araşdırmasına əsasən qeyri-rəsmi statistikadır, say daha da çox ola bilər.

Nəşr edilib : 09.01.2024 22:28