AZ EN RU

Ukrayna səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə baş çəkib.
Bu barədə Mərkəzin sosial şəbəkə hesabında bildirilib.
“Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi ofisimizdə salamlamaqdan çox məmnun olduq”, – paylaşımda qeyd olunub.
Diplomatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov qarşılayıb.
Xatırladaq ki, mayın 24-də NGBM Baş katib Rövşən Muradovla Böyük Britaniyaın keçmiş baş naziri ilə görüşünə dair məlumat yaymışdı.

Nəşr edilib : 09.06.2024 13:14