AZ EN RU

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə rəsmi səfərdədir

Ukrayna Prezidenti Türkiyədə rəsmi səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü nəzərdə tutulan Volodimir Zelenskinin təyyarəsi İstanbula enib.
Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.
Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.

Nəşr edilib : 08.03.2024 16:37