AZ EN RU

Uğur qazanmış şagirdlərin statistikası açıqlanıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələrinin şagirdləri Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsində birinci yerdə qərarlaşıblar.

Olimpiadada Naxçıvan şəhəri 354, Babək, 282,  nazirliyə tabe təşkilatlar 234, Ordubad 202, Şərur 183, Culfa 176, Kəngərli 143, Şahbuz 86, Sədərək 49 şagirdlə iştirak edib. Olimpiadanın nəticələrinə əsasən, nazirliyə birbaşa tabe təşkilatlar (Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qızlar Liseyi, Naxçıvan Qarnizonu tam orta məktəbi, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey) 34 faizlə birinci yeri, Şahbuz 33,  Culfa 22, Ordubad 20,  Naxçıvan şəhəri və Kəngərli 17, Şərur 14, Babək və Sədərək şəhərləri 12 faizlə müvafiq yerləri tutublar.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.01.2024 17:46