AZ EN RU

Üçqat Dünya, dördqat Avropa çempionu Naxçıvanda coşğu ilə qarşılanıb

Tanınmış güləşçi, üçqat Dünya və dördqat Avropa çempionu Hacı Əliyev Naxçıvana gəlib. İdmançı Naxçıvanda böyük coşğu ilə qarşılanıb.

Sərbəst güləş üzrə milli komandamızın liderlərindən olan 3 qat Dünya, 4 qat Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev Naxçıvana gəlib.

Tanınmış idmançı Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və muxtar respublikanın idman ictimaiyyəti tərəfindən böyük coşğu ilə qarşılanıb.

Hacı Əliyev gənc idmançılarla xatirə fotosu çəkdirib. 

Qeyd edək ki, güləş üzrə milli komandanın üzvü Hacı Əliyev bu ilin aprel ayında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa Çempionatında 4-cü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 

Nəşr edilib : 16.06.2023 19:05