AZ EN RU

Ucalarda dalğalan, üçrəngli bayrağım!

                                  Üçrəngli bayrağın kölgəsində mən

                                   Qaraca torpağı Vətən görmüşəm

                                   Zəfər güllərini dövri-qədimdən

                                   Bayraq işığında bitən görmüşəm

                                   Bayraq mənliyimdir , bayraq kimliyim,

                                   Bayraq öz yurduma öz hakimliyim !

Bir bayraq dalğalanır, Oğuz elində. Aylı-ulduzlu üçrəngli bayrağım. Bayrağımız dalğalandıqca illərdir , onu zirvələrə qaldıran oğullarımız gözümün önünə gəlir. Sanki film kimi azadlıq, müstəqillik mücahidlərinin illərlə verdiyi savaşlar düşür yadıma. Azərbaycan xalqı üçrəngli bayraq, Vətənin azadlığı uğrunda minlərlə yazıçısını, şairini, əsgərini, vətəndaşını qurban verdi. Azad torpaqlarda bayrağımızın dalğalanması üçün. Bayrağımızda şəhidlərin qanı var. Şəhidlərin ölməzliyi ,mərdliyi həkk olunub.  Ölməz qəhrəmanların adları var . Bayrağımızda müstəqilliyə can atan xalqımızın nisgili var, sevinci var , tarixi, qədimliyi  var. Ərənlərin savaşı var , qələbəsi var.

Bu bayraqda Ulu Öndər Heydər Əliyevin qətiyyəti , Prezidentimiz cənab İlham Əliyevin  dönməzliyi əks olunur. Dünya dövlətləri bayraqları sırasındadır, üçrəngli bayrağım. Üçrəngli bayrağımda türk dünyasının dostluğu , birliyi görünür.

Mən bu gün çox vüqarlıyam, ucalardan ucayam. Vətənim azadddır. Bayrağım ən uca zirvələrdə dalğalanır. Azərbaycan əsgəri bayrağı öpüb, qürurla azad olunmuş torpaqlarda azadlıq rəmzi kimi zirvələrə sancıb. Qarabağdadır bayrağım, Şuşamdadır bayrağım, xarıbülbül çiçəyində, Natəvanın şeirində, Bülbül nəfəsində, Xocalıda, Xankəndində , ürəyimin başındadır bayrağım! İsa bulağında axan bulağın gözəlliyindədir, bayrağım!

Qadınların ismətidir, qüdrətidir, Anaların laylasıdır. Böyütdüyü igidlərin gücüdür , bayrağım! 70 illik əsarətə, 30 illik nifrətə qalib gələn bayrağım. Bayraq bizim qələbəmiz, dönməzliyimiz ,əzmimizdir, gözümüzün yaşını dindirən, dalğalandıqca –Vətənim Azərbaycandır bayrağım! Mavi rəngi türk soyumdur, yaşıl rəngi islamçılığımızdır. Həmişəyaşarlıq simvoludur, Azərbaycan bayrağı! Ucalarda dalğalan, üçrəngli bayrağım! Həmişə var olacaqsan, Azərbaycan bayrağı!

Sacidə Hüseynova

Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisasının III kurs tələbəsi

Nəşr edilib : 03.11.2023 17:27