AZ EN RU

Üç günlük yay məktəbinə start verilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində 3 günlük (28-29-30 iyun) “Yay məktəbi”nə start verilib. "Yay məktəbi"nə cəlb olunan uşaqlar onlar üçün ayrılmış nəqliyyat vasitələri ilə Ağbulaq İstirahət Mərkəzinə yola düşüblər. "Yay məktəbi"nin açılış mərasimi çay süfrəsi ətrafında baş tutub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Ramilə Seyidova çıxış edərək dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan danışıblar. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar  xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan "Yay məktəbi"nin dövlət uşaq siyasətinin uğurlu təzahürü, dövlətin uşaqlara qayğısının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 28.06.2024 13:46