AZ EN RU

Tütün əkininə başlanılıb

    Son illər muxtar respublikada inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Belə ki, 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir. Artıq buradakı istixanalarda bol tütün şitili yetişdirilib və sahələrə göndərilmək üçün tam hazırdır. Bu il əkilən şitillər  “Vircinya” sortudur. 
    Dünən ilk olaraq Babək rayonunda şitillərin əkininə başlanılıb, bu gündən isə Şərur rayonunda əkinlər aparılacaq. Qeyd edək ki, bağlanmış müqavilələrə görə, cari ildə Şərur rayonunda 9, Babək rayonunda 15, Kəngərli rayonunda isə 49 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.04.2022 17:40