AZ EN RU

Turnir cədvəlinin sadiqləri

    Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən şahmat üzrə “Naxçıvan Premium Turniri-2”də növbəti turun oyunları başa çatıb.
    Bu tur daha çox liderlərin mübarizəsi ilə yadda qalıb. Beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev (2353) beynəlxalq usta Talıb Babayevlə (2258) mübarizəyə aydınlıq gətirib. Görüş “sülh”lə başa çatıb. FIDE ustası Nəsrin Babayeva (2017) ilə İlkin Qəbulovun (1602) da görüşü heç-heçə bitib.
    Beynəlxalq usta Toğrul Həsənzadə (2293) isə FIDE ustası Sadiq Məmmədovu (2177) sınağa çəkib və ağ-qara taxtanı məğlub tərk edib. Liderlər cədvəlində yer alan Sadiq Qarayev (2126) bu turda Seyid Hüseynlə (2098) üz-üzə gəlib. Maraqla gözlənilən görüşün qalibi Sadiq Qarayev olub. Beynəlxalq usta Pərviz Qasımov (2359) turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. O, Nazlı Hümbətovanı (1629) məğlub etməklə buna nail olub. Rza Həsənli (1582) isə Ayxan Əliyevlə (1983) qarşılaşıb və qalib gəlib.
    5 turdan sonra turnir cədvəlinə 4 xalla Sadiq Məmmədov və Sadiq Qarayev başçılıq edirlər.
    6-cı turda aşağıdakı görüşlər keçiriləcək:
                                    Talıb Babayev - İlkin Qəbulov
                                    Toğrul Həsənzadə - Nəsrin Babayeva
                                     Ayxan Əliyev - Sadiq Məmmədov
                                     Nazlı Hümbətova - Rza Həsənli
                                     Urfan Sevdimalıyev – Sadiq Qarayev
                                     Seyid Hüseyn - Pərviz Qasımov

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.01.2022 19:40