AZ EN RU

TÜRKPA nümayəndəsi: Seçkilər qaydalara uyğun keçirilir

Biz Türkiyədən buraya müşahidəçi kimi gəlmişik. Həm işğaldan azad edilmiş bu torpaqlarda ilk seçki həyəcanının şahidi olur, həm də seçkilərin necə keçirildiyini müşahidə edirik. Şuşanı gördük, 30 illik əsarətdən sonra şəhərin yenidən inşasının şahidi olduq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində işğaldan azad edilmiş ərazilərdə prezident seçkilərinin gedişini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi Ahmet Zenbilci söyləyib.

O deyib: “Seçkilər qaydalara uyğun keçirilir. Səhər saatlarından hər həs gəlib səsini verir”.

Nəşr edilib : 07.02.2024 16:37