AZ EN RU

TÜRKPA: İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə yaşayır

İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrimizdə, qəlbimizdə yaşayır.
Bu barədə Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamından 31 il keçir.
Azərbaycanın Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib, girov götürülüb.
İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrimizdə, qəlbimizdə yaşayır. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onların ruhuna rəhmət diləyir, Azərbaycan xalqına və hökumətinə dəstəyini davam etdirir”, - bəyanatda qeyd edilib.

Nəşr edilib : 26.02.2023 11:53