AZ EN RU

Türkiyəyə səyahət edən azərbaycanlıların sayı azalıb

2023-cü ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadla məlumat verir ki, statistik rəqəmlər 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 faiz azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 faizini təşkil edir.

Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.

Nəşr edilib : 25.06.2023 15:41