AZ EN RU

Türkiyənin zəlzələ bölgəsində təhsil bir həftə dayandırılıb, hava limanları bağlanıb

Türkiyənin zəlzələ bölgəsində təhsil bir həftə müddətinə dayandırılıb, hava limanları bağlanıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Onun sözlərinə görə, Qaziantep və Kahramanmaraş şəhərlərinə uçuş dayandırılıb.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

Nəşr edilib : 06.02.2023 12:35