AZ EN RU

Türkiyənin XİN rəhbəri Rusiyaya səfər edəcək

"Şərq qapısı" Türkiyə XİN-nə istinadən xəbər verir ki, Fidan rusiyalı həmkarı Sergey Lavrov və Rusiya rəsmiləri ilə görüşəcək və sabah keçiriləcək BRİKS+ Sessiyasında iştirak edəcək.

Görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Tərəflər Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün ortaq iş yolu ilə qarşılıqlı investisiyaları artırmaq səylərini davam etdirəcəklər.

Nəşr edilib : 10.06.2024 09:19