AZ EN RU

Türkiyənin üç vilayətində meşə yanır

Türkiyənin Çanaqqala şəhərinin Ezine rayonunda meşə yanır.

"Şərq qapısı" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Həmçinin, Elazığ şəhərinin Maden rayonunda da meşə yanğını başlayıb. Yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğın küləyin təsiri ilə ətraf ərazilərə də yayılıb.

Bundan başqa, Türkiyənin Uşak əyalətində başlayan meşə yanğınları da hələ ki tam söndürülməyib. Bununla belə, 40 saatdır davam edən meşə yanğınları nəzarət altına alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Bölgədəki üç məhəllənin sakinləri təxliyə olunub.

Nəşr edilib : 20.06.2024 17:00