AZ EN RU

Türkiyənin təhsil naziri: Məqsədimiz iki ölkə arasındakı qardaşlıq bağlarını gücləndirməkdir

Səfərimizin məqsədi iki ölkə arasındakı qardaşlıq bağlarını gücləndirməkdir.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin təhsil naziri Yusuf Tekin söyləyib. O bildirib ki, hər iki ölkənin təhsil nazirinin üzərinə düşən öhdəlik Vətən torpaqları uğrunda canını verməyə hazır olan gələcək nəsillər yetişdirməkdir.
“Diləyirəm ki, bir daha torpaqlarımız uğrunda döyüşmək məcburiyyətində qalmayaq”, - deyə Yusuf Tekin qeyd edib.

Nəşr edilib : 31.01.2024 11:33