AZ EN RU

Türkiyənin Səhiyyə və Müdafiə nazirliklərinin nümayəndələri FHN-in mobil səhra hospitalında olublar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, fevralın 14-də Türkiyə səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitalda müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıblar.

T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Nəşr edilib : 14.02.2023 17:27