AZ EN RU

Türkiyənin Naxçıvandakı baş konsulu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində olub

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafının möhkəmləndiyi qeyd edilib.

Baş konsul Asip Kaya səmimi görüşə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra hüquqi əməkdaşlıq məsələləri, eyni zamanda ədliyyə fəaliyyəti ətrafında faydalı fikir mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb. 

Nəşr edilib : 27.01.2023 12:59