AZ EN RU

Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüş keçirilib

Martın 15-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. 

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib. 

Tərəflər bundan sonra da təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsi  istiqamətində müzakirələr aparıblar.

Görüşdə Təhsil Nazirliyinin adından səfirə xatirə hədiyyəsi təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.03.2024 16:59