AZ EN RU

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

O, həmçinin "Əbədi məşəl" abidəsi önünə əkil qoyub.

Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

Nəşr edilib : 01.04.2024 14:58