AZ EN RU

Türkiyənin müdafiə naziri: "ABŞ-Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət vermədik”

“Düzü, ABŞ-Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət vermədik”.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O bildirib ki, indiki həssas məqamda Ermənistana 25 minlik ordunun gətirilməsi səhv mesaj olaraq qiymətləndirilə bilər: “Ona görə də düşünürəm ki, bütün ölkələr daha diqqətli davranmalıdır. Bu, daha doğrudur”.

Qeyd edək ki, ABŞ-Ermənistan birgə hərbi təlimləri sentyabrın 11-20-də Ermənistan ərazisində keçirilib.

Nəşr edilib : 22.09.2023 17:31