AZ EN RU

Türkiyənin əmək və sosial müdafiə naziri Şəhidlər xiyabanını ziyarət edib

Mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanı ziyarət edib.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra xiyabandakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən həmin məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Vedat İşıkhan şəhidliyin xatirə dəftərini də imzalayıb.

Nəşr edilib : 30.05.2024 14:09