AZ EN RU

Türkiyənin aeroportlarında sərnişin axını 20 milyon nəfəri ötüb

2024-cü ilin may ayında Türkiyə hava limanlarında sərnişin axını 20 milyon 230 min 573 nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.

Bu barədə Türkiyənin Dövlət Hava Limanları İdarəsinin (DHMİ) son məlumatlarına istinadla ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazirin sözlərinə görə, sərnişinlərin ümumi sayından 8 milyon 158 min nəfəri daxili xətlərin xidmətlərindən istifadə edib, 12 milyon 54 min 832 nəfər isə beynəlxalq reyslərə bilet alıb.

Nəşr edilib : 11.06.2024 14:46