AZ EN RU

Türkiyəli nazir: “Zəngəzur dəhlizi ilə bağlı siyasi yanaşmalardan əl çəkmək lazımdır”

“Zəngəzur dəhlizi hansı dövlətin ərazisindən keçsə, həmin ölkə qazanacaq”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uralooğlu “Haber Global”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə layihənin ən qısa vaxtda başa çatması üçün bütün lazımi işləri görür: “Siyasi yanaşmalardan əl çəkib, ticarət barədə düşünmək lazımdır”.

Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bütün regionun xeyrinə olacaq.

Nəşr edilib : 02.11.2023 22:54