AZ EN RU

Türkiyəli mütəxəssislərlə görüş keçirilib

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində türkiyəli heyvandarlıq mütəxəssisləri ilə  görüş keçirilib.

Görüşdə Naxçıvanda  heyvandarlığın mütərəqqi metodlarla inkişaf etdirilməsi, müxtəlif cinslərdən olan məhsuldar heyvanların muxtar respublikaya gətirilməsi, ət və süd istehsalının artırılması, o cümlədən heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti, heyvanların qeydiyyatı, bu sahə üzrə fermaların yaradılması ilə bağlı məsələlərdən ətraflı bəhs edilib, qardaş ölkənin mütəxəssisləri ilə birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib.

Sonra videogörüntülər izlənilib, bu formatda görüşlərin davam edəcəyi bildirilib.

Nəşr edilib : 01.02.2024 18:07