AZ EN RU

Türkiyəli alpinistlər Haçadağa yürüş üçün yola çıxıblar

Fevral ayının 23-25-də türkiyəli alpinistlər Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş edəcəklər. 
“Şərq qapısı” qəzeti xəbər verir ki, Türkiyənin İstanbul, Antalya, Qars, Ağrı və İğdır bölgələrindən yürüşə qatılacaq alpinistlər artıq yola çıxıblar. Dağa qalxacaq alpinistlər zirvədə  Azərbaycan və Türkiyə bayraqları açıb, həm Xocalı,  həm də İkinci Qarabağ müharibəsi şəhidlərini anaraq qazanılan zəfəri qeyd edəcəklər.
Qeyd edək ki, bu türkiyəli alpinistlərin Haçadağa səkkizinci yürüşü olacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 23.02.2024 12:21