AZ EN RU

Türkiyəli alpinistlər Haçadağa yürüş edəcək

Fevral ayının 23-25-də türkiyəli alpinistlər Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş edəcəklər. Türkiyənin İstanbul, Antalya Qars, Ağrı və İğdır bölgələrindən olan alpinistlər yürüşə qatılacaq. Dağa qalxacaq alpinistlər zirvədə  Azərbaycan və Türkiyə bayraqları açıb, həm Xocalı,  həm də İkinci Qarabağ müharibəsi şəhidlərini anaraq qazandığımız zəfəri qeyd edəcəklər.                                                     Məlumat üçün qeyd edək ki, bu alpinistlərin Haçadağa səkkizinci yürüşüdür. İndiyə qədər 40 nəfər alpinist yürüşdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Bülbül QULİYEVA

Nəşr edilib : 06.02.2024 10:57