AZ EN RU

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri ölkəyə sabah gətiriləcək

"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da ölkəyə gətiriləcək".

Bu barədə  Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb:

"Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".

Nəşr edilib : 15.02.2023 11:53