Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 48 min 448 nəfərə çatıb.
Bu barədə məlumat Türkiyənin daxili işlər naziri Süleyman Soylu tərəfindən açıqlanıb.
Onun sözlərinə görə, həyatını itirənlərin 6 min 660 nəfəri xarici ölkə vətəndaşıdır. Təbii fəlakət zonasında dağıntıların təmizlənməsi işləri davam edir.
Qeyd edək ki, fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsi Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra regionda 20 mindən çox afterşok qeydə alınıb.