AZ EN RU

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.

“Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub”, - deyə F.Koca bildirib.

O həmçinin qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Nəşr edilib : 08.02.2023 09:31